Bakıda ŞOK CİNAYƏT:  xalası oğlunu öldürdü - YENİLƏNİB
08 aprel 2025 13:45 (UTC +04:00)

Bakıda ŞOK CİNAYƏT: xalası oğlunu öldürdü - YENİLƏNİB

Bakıda xalası oğlunu öldürən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.

***
11:52

Bakıda daha bir qətl hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə aprelin 7-də Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Bakı şəhər sakini 39 yaşlı Hüseyn Əvəz oğlu Şirinov münaqişə zəminində xalası oğlu 27 yaşlı Nail İltifat oğlu Həsənova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda şübhəlinin axtarışları davam edir.

Qeyd edək ki, aprelin 7-də paytaxtın Suraxanı rayonunda da qətl hadisəsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730

Oxşar yazılar