Bakıda gənc oğlan 2 qohumu bıçaqladı
30 iyul 2024 10:01 (UTC +04:00)

Bakıda gənc oğlan 2 qohumu bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib. 25 yaşlı Fərmanlı Emin Valeh oğlu və 35 yaşlı Fərmanlı Tural Misir oğlu bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı Məmmədov Tural Mübariz oğlu saxlanılıb.

Məlumata görə, xəsarət alanlar qohum olublar.

Faktla bağlı cinayət işi açılaraq, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Mehman Nəbiyev

Oxşar yazılar