Bakıda 4 əmioğlu əcnəbini soydu
22 oktyabr 2021 13:18 (UTC +04:00)

Bakıda 4 əmioğlu əcnəbini soydu

Bakıda əcnəbinin pulları oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 19-da xarici ölkə vətəndaşının cibindən içərisində 500 manat, 100 dolları və sənədlər olan pulqabısını oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qazax rayon sakinləri İ.Bukavadze, əmisi oğlu M.Bukavadze, Yevlax rayon sakinləri R.Bəkirov və əmisi oğlu A.Bəkirov saxlanılıblar.

# 1539
avatar

Mehman Nəbiyev

Oxşar yazılar