Bacısı oğlunu öldürən dayı  DANIŞDI: "Ağacın altına qoydum ki, dirilsin"
12 iyun 2024 17:37 (UTC +04:00)

Bacısı oğlunu öldürən dayı DANIŞDI: "Ağacın altına qoydum ki, dirilsin"

Ağcabədidə dayının bacısı oğlunu döyüb öldürməsi ilə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən azyaşlının ana tərəfi Beyləqan, ata tərəfi isə Füzuli rayonundandır. Onlar Ağcabədinin Pərioğullar kəndinə fermada işləmək üçün gəliblər.

Məlumata əsasən, 7 yaşlı oğlan epilepsiyalı olub. Naməlum səbəbdən dayı bacısı oğluna əsəbiləşib və əlindəki ağacla başına zərbə endirib. Zərbənin təsirindən uşaq özündən gedib. Dayısı deyib ki, uşaq huşunu itirdiyi üçün onu yaxınlıqdakı ağacın altına aparıb. Düşünüb ki, sərinliyə aparsa, uşaq özünə gələcək.

O, əvvəlcə hadisədə bacısını da ittiham edib. Onun sözlərinə görə, bacısı da epilepsiyalı uşağının başına dəfələrlə vurub. Ancaq sonda dayı öz əməlini etiraf edib və uşağı özünün vurub öldürdüyünü boynuna alıb.

Qeyd edək ki, Ağcabədi rayonunun Pərioğullar kəndində fermada çoban işləyən kişi 7 yaşlı bacısı oğlunun başına ağacla zərbələr vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6081
avatar

Oxşar yazılar