Azərbaycanda dayı bacısı oğlunun başına vura-vura öldürdü
11 iyun 2024 11:17 (UTC +04:00)

Azərbaycanda dayı bacısı oğlunun başına vura-vura öldürdü

Ağcabədidə dayı bacısı oğlunu öldürüb.

Lent.az xəbər verir ki, hadisə iyunun 9-da saat 16 radələrində Pərioğullar kəndində qeydə alınıb. Fermada çoban işləyən 39 yaşlı Babayev Natiq Mayıl oğlu otlaq sahəsində bacısı oğlu 7 yaşlı Əhmədov Anar Yasin oğlunun başına ağacla bir neçə dəfə zərbə vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb və araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Mehman Nəbiyev

Oxşar yazılar