Rusiyanın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərində Moskvadan gələn azərbaycanlı reketlər həbs edilib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, onlar “8-ci kilometr” bazarı adlanan ərazidə azərbaycanlı iş adamlarına haqq tələb etməkdə ittiham olunurlar. Məlumata görə, Moskvadan gələn azərbaycanlılar öz həmyerlilərindən 12 milyon rubl (259 min 200 manat) tələb ediblər. Amma bununla razılaşmayan azərbaycanlı iş adamları ilə reketlər arasında silahlı qarşıdurma olub.
Hadisə yerinə polis və OMON dəstəsi gəlib.
Nəticədə reketlər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.