Azərbaycanlı kişi sevgilisini DOĞRADI
30 noyabr 2024 19:23 (UTC +04:00)

Azərbaycanlı kişi sevgilisini DOĞRADI

Rusiyanın Leninqrad vilayətində azərbaycanlı kişi sevgilisini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Luqa şəhəri Volodarski prospektində baş verib.

Rusiya vətəndaşı olan 56 yaşlı azərbaycanlı sevgilisini bıçaqlayıb.

Polislər mənzildə 54 yaşlı qadının cəsədini tapıb. Onun bədənində ən azı 10 bıçaq yarası olub. Hadisə yerindən 5 bıçaq götürülüb.

Məlumata görə, cütlük əvvəlcə spirtli içki içib. Sonra onlar arasında mübahisə düşüb. Nəticədə kişi qadını bıçaqlayaraq, öldürüb.

Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar