Ata-anasını 34 bıçaq zərbəsi ilə öldürdü
15 fevral 2024 15:45 (UTC +04:00)

Ata-anasını 34 bıçaq zərbəsi ilə öldürdü

Rusiyanın Moskva şəhərində 56 yaşlı şəxs valideynlərini qətlə yetirib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, onun barəsində araşdırma başa çatdırılıb. 

İlkin araşdırmaya görə, 2024-cü il fevralın 5-də həmin şəxs evdə olarkən valideynləri ilə mübahisə edib. Münaqişə zamanı o, anasının boyun, üz və döş nahiyəsinə 26 zərbə endirib. Daha sonra atasının boyun və sinəsinə 8 dəfə zərbə endirib. Təqaüdçülər aldıqları xəsarətlərdən yerindəcə keçiniblər.

Cinayətin izlərini gizlətmək üçün kişi ayaqqabılarının qan izini yuyub, Moskva yaxınlığındakı meşəyə gedib və orada bıçağı atıb.

İstintaq Komitəsi istintaq çərçivəsində 30-dan çox şahid dindirib və müxtəlif kompleks ekspertizalar aparıb.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə verilib.

# 4722
avatar

Oxşar yazılar