Altı qohumunu  öldürüb intihar etdi
02 iyun 2026 17:31 (UTC +04:00)

Altı qohumunu öldürüb intihar etdi

0

ABŞ-da bir kişi 6 qohumunu qətlə yetirdikdən sonra özünü güllələyib.

Lent.az xarici mediaya istinadla bildirirk I, hadisə Ayova ştatında baş verib.

İlkin məlumata əsasən, qətliam ailədaxili münaqişə zəminində törədilib. Hadisə yerinə çağırış əsasında gələn polis əməkdaşları dörd nəfərin meyitini aşkar ediblər. Şübhəli bilinən 52 yaşlı Ryan Makfarlandın güllələnmiş meyiti isə daha sonra çay kənarında tapılıb.

Polisin ehtimalına görə, o, özünə atəş açaraq öldürüb. Sonradan daha iki nəfərin meyiti aşkarlanıb və onların da hadisənin qurbanları olduğu güman edilir. Hazırda istintaq baş verənlərin dəqiq səbəblərini araşdırır.

Polisin açıqlamasına əsasən, zərərçəkənlərin hamısı şübhəli şəxsin qohumları olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar