Ötən gün Abşeronda baltalanma hadisəsi ilə bağlı məlumat vermişdik.
Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, təcili yardım şöbəsinə daxil olan yaralıların vəziyyəti ağırdır. Hər 3 şəxsə ağır kəllə beyin travması diaqnozu qoyulub.
Yaralılardan 42 yaşlı Xəyalə Kərimova təcili yardım şöbəsində olarkən kliniki ölüm keçirib. Həkimlərin səyi nəticəsində onu yenidən həyata qaytarmaq mümkün olub. Hazırda Reanimasiya şöbəsində X. Kərimovanın müalicəsi davam etdirilir. Vəziyyəti ağırdır.
64 yaşlı digər yaralıya ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti orta ağır olduğu üçün neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Abşeronda Sərxan Həşimov aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimova, əmisinin arvadı Zümrüd Haşımovaya, əmisi qızı Xəyalə Kərimovaya və Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirib.
Zümrüd Haşımova aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.