9-cu sinif şagirdi olan narkoman özünü öldürdü
31 yanvar 2024 16:05 (UTC +04:00)

9-cu sinif şagirdi olan narkoman özünü öldürdü

Rusiyanın Çelyabinsk vilayətinin Varna kəndində 15 yaşlı məktəblinin meyiti tapılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, yeniyetmənin meyiti Zavalişina küçəsindəki tərk edilmiş binada tapılıb. Oğlanın intihar etdiyi məlum olub.

Məlumata görə, 9-cu sinif şagirdi narkotik maddə aludəçisi kimi yetkinlik yaşına çatmayanlarla iş şöbəsində qeydiyyatda olub.

Faktla bağlı hüquq-mühafizə orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 110-cu maddəsi “Yetkinlik yaşına çatmayan şəxslə bağlı özünü öldürmə həddinə çatdırma” ilə cinayət işi açıb. 

Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6675
avatar

Oxşar yazılar