20 yaşlı qız bıçağı atasının sinəsinə sancdı
31 iyul 2024 19:59 (UTC +04:00)

20 yaşlı qız bıçağı atasının sinəsinə sancdı

Türkiyədə qız atasını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İspartanın Şakikaraağac qəsəbəsində baş verib. 20 yaşlı D.Z. ilə atası 49 yaşlı Osman Z. Arasında mübahisə yaranıb. Mübahisə zamanı qız atasının sinəsinə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya aparılan kişi orada ölüb.

Hadisəni törədən qız isə saxlanılıb. O, ifadəsində atasını öldürmək istəmədiyini, məqsədinin ancaq onu qorxutmaq olduğunu deyib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5709
avatar

Oxşar yazılar