Rusiyanın Moskva vilayətində yeniyetmə anasını öldürüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə noyabrın 6-da səhər saatlarında Serqiyev Posad şəhər rayonunun Krasnaya Storojka kəndində baş verib. Qətldən sonra 15 yaşlı oğlan özü təslim olub.
Məlumata görə, yeniyetmə anasını balta ilə öldürüb.
Hazırda araşdırma aparılır.