Yeni tarif dəyişikliyi əhalinin xərcinə təsir edəcəkmi? - ŞƏRH
30 iyun 2021 18:40 (UTC +04:00)

Yeni tarif dəyişikliyi əhalinin xərcinə təsir edəcəkmi? - ŞƏRH

Bu gün Tarif Şurası Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxaraq qərar qəbul edilib.

Lent.az-ın məlumatına görə, qərarda aşağıdakı məsələlər nəzərdə tutulub:

- Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib və hazırkı 20 qəpik səviyyəsində saxlanılıb; 

- Elektrik enerjisi üzrə artıma yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılıb və 12 qəpikdən 13 qəpiyə dəyişdirilib;

- “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib;

- Digər sahələr üzrə tarif 20 qəpikdən 25 qəpiyə dəyişdirilib;

- Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı 1 kub metr üçün 10 qəpik səviyyəsində saxlanılıb; 

- İllik istehlak həcminin 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib;

- Ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq məqsədilə sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. 

Göründüyü kimi, təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib. Təbii qaz üzrə tarif tənzimlənməsi elektrik enerjisinin qiymətinə də  təsir göstərməyəcək. Tarif dəyişikliyi əhalinin 51%-nin orta aylıq xərcinə təsir etməyəcək. Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. 
Təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin mütləq əksəriyyətinin xərclərinə təsir göstərməyəcək, əhalinin davamlı və keyfiyyətli istiliklə təmin olunmasına şərait yaradacaq. Və nəhayət, təbii qaz üzrə tarif tənzimlənməsi nəticəsində əldə olunan vəsait əhalinin sosial rifah halının daha da yüksəldilməsinə yönəldiləcək.

Heç kimə sirr deyil ki, ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18%-ə yaxın yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kub metr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. 

İndi isə təbii qazın Azərbaycanda və bəzi ölkələrdəki müqayisəli qiymətlərinə baxaq: 

1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik:  

Gürcüstanda 29,5 qəpik, 
Belarusda 34,2 qəpik, 
Rusiyada 16,5 qəpik.  

1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik:  

Türkiyədə 49 qəpik, 
Ukraynada 26 qəpik, 
Belarusda 78,2 qəpik, 
Rusiyada 18,2 qəpik.  

Bəzi paytaxt şəhərlərlə müqayisə etdikdə, 2020-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə:  

Ankarada (Türkiyə) 32 qəpik, 
Kiyevdə (Ukrayna) 32,6 qəpik. 
 

2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali abonenti üzrə:  

Ankarada 32,9-41,6 qəpik, 
Kiyevdə 54,8 qəpik. 
 

Onu da qeyd edək ki, COVİD-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kub metrdən 1,6 min kub metrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib. 
Son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci ildə Azərbaycanda orta aylıq əmək haqqı 528,5 manat təşkil edib. Ötən müddət ərzində orta aylıq əmək haqqı 35% artaraq 2021-ci ilin aprel ayı üzrə 713,2 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5298
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar