Siciliyanın Ravanuza şəhərində yaşayış binasında güclü partlayış baş verib.
Lent.az ANSA-ya istinadən xəbər verir ki, xilasedicilər binandan biri hamilə olmaqla ümumilikdə 9 nəfərin cəsədini çıxarıb.
İki qadın xilas edilib. Əsas versiyaya görə, partlayışa qaz sızması səbəb olub.
Binanın 7 mənzili yararsız hala düşüb.
100-dən çox sakin müvəqqəti olaraq təxliyə edilib.
Yerli KİV-in məlumatına görə, bina sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub.