Ziya Bünyadov prospektində işin 95 faizi görülüb
08 oktyabr 2014 15:45 (UTC +04:00)

Ziya Bünyadov prospektində işin 95 faizi görülüb

Ziya Bünyadov prospektində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, qovşaqlar da daxil olmaqla, ümumi uzunluğu 9,2 km, hərəkət zolaqlarının sayı isə keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaq arasında dəyişəcək. Prospektin yenidən qurulmasında məqsəd 20 yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairə ilə Böyük Şor yol qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini təmin etməkdir.

 

Yol boyu nəzərdə tutulan qovşaqlardan biri istismara verilib, digər 3 qovşaqda işlər başa çatdırılıb. Demək olar ki, bəzi köməkçi hissələr istisna olmaqla, 3 qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin böyük hissəsi quraşdırılıb, drenaj sistemində isə işlərin 95 faizi yerinə yetirilib. Hazırda sonuncu aşınma qatının vurulmasına hazırlıq işləri gedir. Hava şəraiti normal keçərsə, sonuncu qatın döşənməsi oktyabr ayının sonuna qədər yekunlaşacaq. Onu da qeyd edək ki, hazırda 20 yanvar dairəsi, eləcə də Qələbə kinoteatrının qarşısındakı dairədən Böyük Şor qovşağına qədər nəqliyyatın normal hərəkəti təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar