Təbriz-Bakı aviareysi yenidən açılacaq
03 oktyabr 2019 14:00 (UTC +04:00)

Təbriz-Bakı aviareysi yenidən açılacaq

 
 
“Azərbaycanın Neftçala rayonunda yerləşən Azərbaycan-İran müştərək avtomobil zavodunda “Khaza”, “Rana” və “Dena” markalı avtomobillər istehsal olunur. Tezliklə bu maşınlardan 10 ədədi Rusiyaya ixrac ediləcək”. 
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib. Səfir deyib ki, zavodun 75%-i Azərbaycanın “Azərmaş” və 25%-i İranın “Khodro” şirkətinə məxsusdur. 
 
B.Hüseynov Təbriz-Bakı aviareysinin yenidən açılacağını da əlavə edib.
 
Qeyd edək ki, sözügedən aviareys üzrə uçuşlar təxminən bir aya yaxındır, ləğv olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar