Yanvarın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2017-ci il tarixədək 79.212.496,09 AZN, 212.373,88 ABŞ dolları, 5935,69 avro və 5000,0 rubl vəsait daxil olub.