Qatran idxal gömrük rüsumundan azad edildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik Azərbaycana idxal polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları ilə bağlıdır.
Qərara əsasən, polimerlər əsasında alınmış ilkin formalarda ion-mübadilə qatranları idxal gömrük rüsumundan azad edilib.
738