Prezident bu rayonun yol tikintisinə 5.6 milyon manat ayırdı
Prezident İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, on iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
1659