Metronun 20 Yanvar stansiyasında qatarların hər iki istiqamət üzrə (Dərnəgül və Həzi Aslanov) hərəkəti dayandırılıb. Sərnişinlərin Lent.az-a verdiyi məlumata görə, nəticədə qatarlarda olan sərnişinlər boşaldılıb. “Bakı Metropoliteni” QSC-nin şöbəsi rəisi Nəsimi Paşayev Lent.az-a bildirib ki, Həzi Aslanov stansiyasından Dərnəgül istiqamətində hərəkət edən 32 saylı qatarda nasazlıq yaranıb: “Köməkçi qatar vasitəsilə nasaz qatar xətdən çıxarılıb. Buna görə də arxadakı qatarlar gözləmək məcburiyyətində qalıb. Xətlərdə artıq hərəkət bərpa olunub”.
Qeyd edək ki, qatarların hərəkətində yarım saata yaxın (30 dəqiqə ) fasilə yaranıb.