Azərbaycanda polad və plastik boruların istehsalı ilə məşğul olan “Metak” şirkətinin istiqrazlarını əldə etmək mümkündür. “Metak” istiqrazlarının 2018-ci ildə ən yaxşı investisiya aləti olacağı hesab olunur. Bunu deməyə istiqrazın göstəriciləri əsas verir.
Bank depazitlərindən üstündür
Belə ki, adı çəkilən istiqrazın gəlirliyi bankların təklif etdiyi gəlirlikdən yüksəkdir. Hazırda banklarda manatla depazitlər illik 10%-13% , dollarda 1%-3% olduğu halda “Metak” istiqrazlarında təklif olunan illik 14%-dir
Riski bankların riskindən azdır
Bundan başqa banklarda xarici valyuta məzənnələrində yarana bilən və ya bankın əleyhinə olan dəyişikliklərdən, həmçinin bankın xarici valyutada olan aktivlərinin dəyərdən düşməsi nəticəsində, bank riskləri yarana bilər. Bundan başqa banklara xas olan bir neçə likvidillik risklərinin(Kreditlər üzrə ödənişlərin gecikdirlməsi nəticəsində yaranan likvidlik riski, müştərilərin vəsaitlərinin vaxtından əvvəl çıxarılması nəticəsində yaranan likvidlik riski, kredit xəttlərindən həddindən çox istifadə edilməsi nəticəsində yaranan likvidlik riski, aktivlərin və passivlərin ödəniş müddətləri arasındakı, habelə, müddətlərə bağlı olaraq məbləğlər arasında yaranan uyğunsuzluq və uçurum nəticəsində yaranan likvidlik riski) olduğu halda “Metak” istiqrazlarında bu risklər demək olar ki, sıfıra bərabərdir. Çünki bir qayda olaraq istiqraz verən, istiqraz ixrac edən şirkətin mənfəət-zərər riskinə qatılmır. Gəliri hər zaman sabitdir. Məhz bu göstəriciyə görə istiqrazlar səhmlərdən də üstün sayılırlar. Çünki səhmlərdə səhm sahibləri şirkətin aktivlərindən bütün borclar ödənildikdən sonra qalan gəliri bölür
İlin əvvəlində investisiya edib il ərzində gəlir götürmək mümkündür
Metak istiqrazlarına sahib olanlar ilin əvvəlində investisiya edib il ərzində gəlir götürmək imkanına malik olacaqlar. Belə ki, İstiqrazlar üzrə ödənilməli olan faizlər buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 3 aydan bir ödəniləcəkdir.
Əlavə olaraq, İstiqrazların Emitent tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, istiqrazları ilkin yerləşdirmədə əldə etmiş investorlar tərəfindən 6 aydan sonra geri satın alınmasına imkan verir
Likvidillik
Metak istiqrazlarının likvidilliyi yüksəkdir. Belə ki, AzFinance hər bir alıcıya onun istədiyi tarixdə istiqrazları geri almaq barədə seçim təqdim edir.
Bununlada Azərbaycanda ilk dəfə AzFinance investisiya şirkəti müəssisə istiqrazına sahib olmaq imkanı yaradır
Metak istiqrazları bir illikdir və bu istiqrazları bir il saxlayıb daha sonra AzFinance investisiya şirkətinə satmaq mümkündür.
Alternativlər daha aşağı faizli gəlirlər vəd edir
Metak istiqrazların alternativ olan digər korporativ istiqrazlar 5%-6% təklif etdikləri halda Metak istiqrazları illik 14 % gəlıirlilik təklif edir. Qeyd edək ki, Metak istiqrazlarının yerləşdirilməsi xarici valyutanın stabilliyi dövrünə təsadüf edir.
Xatırladaq ki,“Metak” istiqrazlarının sayı 2 000 (iki min) ədəddir. Hər birinin nominal dəyəri isə 1 000 (min) manatdır.
Metak istiqrazları ilə bağlı ətraflı məlumat almaq üçün 012 310 33 30 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Telegram https://t.me/AzfinanceInvestment
Instagram @Azfinance
Twitter @Azfinance2
Facebook https://www.facebook.com/AzFinanceInvest/