Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana əsasən, Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxs olacaq.
Prezident Administrasiyası Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.