Dünyaca məşhur “Forbes” jurnalı 2017-ci ildə Rusiyada daşınmaz əmlak icarəsindən ən çox gəlir götürən iş adamlarının adlarını açıqlayıb.
Lent.az-ın “Forbes”ə istinadən məlumatına görə, ilk yerdə əslən Quba rayonundan olan iş adamları Qod Nisanov və Zarah İliyev gəlir. Onların sahib olduğu “Kiyevskaya ploşad” şirkəti daşınmaz əmlakın icarəyə verilməsindən 1 milyard 500 milyon dollar gəlir əldə edib. Təkcə ticarət obyektlərinin icarəsindən gələn gəlir 1 milyard 200 milyon dollardan çoxdur.