Hansı halda şirkətin və şəxsin BOKT-un kapitalındakı payı geri alınacaq?
17 iyun 2019 15:41 (UTC +04:00)

Hansı halda şirkətin və şəxsin BOKT-un kapitalındakı payı geri alınacaq?

Maliyyə Bazarlarına Nəzarət Palatası 4 halda bank olmayan kredit təşkilatının (BOKT) kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya BOKT tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edəcək.  
 
APA-nın məlumatına görə, bu, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Layihəyə əsasən, Palata aşağıdakı hallarda məhkəməyə müraciət edəcək:
- hüquqi şəxsin icra orqanının üzvləri (təkbaşına icra orqanı olduqda, onun rəhbəri) və fiziki şəxs vətəndaş qüsursuzluğuna malik olmadıqda;
 
- BOKT-un maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə BOKT-a təsir göstərildikdə;
 
- xarici bankın və ya BOKT-un bank lisenziyası ləğv edildikdə;
 
- xarici bank və ya BOK-un yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarət orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə  və ya onlar bu sahədə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.
 
Palatanın verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285
avatar

Oxşar yazılar