Gömrük Komitəsi büdcəyə 2,4 milyard manat köçürüb
13 dekabr 2017 09:42 (UTC +04:00)

Gömrük Komitəsi büdcəyə 2,4 milyard manat köçürüb

Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 383 mln. 400,01 min manat daxil olub.

 

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 326 mln. 739,7 min manat və ya 15,89% artıb.

 

Bu ilin 11 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 632 mln. 969,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 64 mln. 339,54 min manat, aksizlər üzrə 78 mln. 248,7 min manat, yol vergisi üzrə isə 31 mln. 842,63 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

APA Baycan

Oxşar yazılar