Dünya Bankının yeni prezidenti seçildi
ABŞ maliyyə nazirinin müavini Devid Malpass yekdilliklə Dünya Bankının (DB) prezidenti seçilib.
ONA xəbər verir ki, təşkilatın rəsmi bəyanatında onun 5 illik müddətə seçilməsı qeyd olunub.
Yeni prezident Beynəlxalq yenidənqurma və inkişaf bankı başda olmaqla DB-nın bütün strukturlarını idarə edəcək.
Gələn həftə Melpas DB-nin və Beynəlxalq maliyyə fondunun birgə iclasında iştirak edəcək.
Qeyd edək ki, ənənəyə əsasən Dünya Bankının rəhbərliyinə bir qayda olaraq ABŞ vətəndaşı seçilir.
940