Azərbaycan Mərkəzi Bankı manatın yanvarın 19-na olan rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi bankdan lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının 19.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6028 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, dolların bu günə olan USD/AZN rəsmi məzənnəsi 1.5870 idi.