Bu zavod minlərlə avtomobilini geri çağırdı
07 oktyabr 2019 16:36 (UTC +04:00)

Bu zavod minlərlə avtomobilini geri çağırdı

 
 
Rusiyanın "AvtoVAZ" ASC 4 minə yaxın "Lada Granta" avtomobil modelini geri çağırır.
 
"APA-Economics"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, buna səbəb sözügedən avtomobillərdə əyləc sisteminin vakuum gücləndiricisində qeydə alınmış problemdir.
 
"AvtoVAZ"ın Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan "Xəzər-Lada" şirkətindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, geri çağırılma Azərbaycana aid deyil. Belə ki, ölkəyə idxal olunan bütün "Lada" avtomobilləri öncədən diqqətlə yoxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Oxşar yazılar