Bu ölkələr hesablaşmalarda milli valyutadan istifadə edəcək
08 oktyabr 2019 17:30 (UTC +04:00)

Bu ölkələr hesablaşmalarda milli valyutadan istifadə edəcək

 
 
Rusiya və Türkiyə hesablaşmalarda milli valyutaya keçməklə bağlı razılığa gəliblər.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu gün Rusiyanın Maliyyə Nazirliyi ilə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi arasında hesablaşmalar və ödənişlərin milli valyutalarda aparılması haqda saziş imzalanıb.
 
Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, sənədi Rusiya tərəfdən Baş Nazirin müavini, Maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfindən isə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıb.
 
Məlumatda bildirilib ki, sazişin imzalanması Rusiya ilə Türkiyə arasında gələcəkdə qarşılıqlı sərfəli və bərabər hüquqlu ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün çox vacib addımdır.
 
Qeyd edək ki, 2018-ci ilin yekununa görə, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 16 faiz artaraq 25,5 mlrd. ABŞ dolları olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016
avatar

Oxşar yazılar