Bu ilin yanvar-oktyabr aylarında banklara məxsus 13 filial bağlanıb.
"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verir ki, yanvar ayından noyabrın 1-dək bankların ümumilikdə 13 filialı fəaliyyətini dayandırıb.
Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, oktyabrın sonunda bu göstərici 556-ya qədər azalıb. Oktyabrda bankların filiallarının sayı 1 ədəd azalıb.
Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 142-yə yüksəlib.
Qeyd edək ki, cari ilin 10 ayında ölkədə 31 bank fəaliyyət göstərib.