Bakıda kriptovalyuta müzakirəsi
29 aprel 2019 10:06 (UTC +04:00)

Bakıda kriptovalyuta müzakirəsi

 
Bakıda kriptovalyuta məzənnələrinin proqnozlaşdırılması üçün ARIMA (Auto-Regressive Integrated Moving Average) modelinin tətbiqi mövzusunda müzakirələr aparılıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan ONA-ya verilən məlumata görə, hazırda kriptovalyuta bazarının ümumi həcminin 100 milyard dollarla ölçülməsinə baxmayaraq, bu yeni maliyyə alətlərinin elmi-tədqiqatları hələlik başlanğıc mərhələdədir. Kriptovalyutaların qiymətlərinin proqnozlaşdırılması və modelləşdirilməsi yeni formalaşmaqda olan vacib tədqiqat istiqamətlərindən biridir. Bu məsələ təkcə adi istifadəçiləri və treyderləri deyil, iri investorları və iqtisadi siyasət sahəsində strateji qərar qəbul edənləri də maraqlandıran aktual məsələdir.
 
Müzakirələr zamanı kriptovalyutaların kurslarının proqnozlaşdırılması üçün klassik zaman sıraları modellərindən ARIMA modelinin tətbiqi barədə məlumat verilib. Kriptovalyutaların qeyri-stasionar və xaotik təbiətinin ARIMA modelinin tətbiqini xeyli çətinləşdirdiyini və gələcək tədqiqatlarında bu çətinliyi aradan qaldırmaq üçün maşın təliminə əsaslanan üsulların, o cümlədən dərin təlim üsullarının tətbiqinin nəzərdə tutulduğu vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875
avatar

Oxşar yazılar