Azəri-Çıraq-Günəşli layihəsinə neçə milyard dollar xərclənib?
16 fevral 2018 11:59 (UTC +04:00)

Azəri-Çıraq-Günəşli layihəsinə neçə milyard dollar xərclənib?

0

 

2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 456 mln. dollardan artıq əməliyyat məsrəfləri və təqribən 1,18 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

 

Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə,  2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti  və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilib və yenidən işlənmiş sazişi imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 31 oktyabr 2017-ci ildə ratifikasiya olunub.

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), SOCAR (11,6%), “Shevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) şirkətlərinə məxsusdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar