<span style="color:red;">(R)  Azərbaycanda Almaniyanın "Audi" və LIQUİ MOLY şirkətləri arasında əməkdaşlıq yaradılıb
19 fevral 2018 11:30 (UTC +04:00)

(R) Azərbaycanda Almaniyanın "Audi" və LIQUİ MOLY şirkətləri arasında əməkdaşlıq yaradılıb

0

 

Azərbaycanda Almaniyanın avtomobil brendi olan Audi və Almaniyanın mühərrik yağı istehsalçısı LIQUI MOLY birgə əməkdaşlıq haqqında razılığa gəldilər. Lent.az-ın məlumatına görə, əməkdaşlıqla bağlı məlumat keçirilən mətbuat konfransında açıqlanıb. 
 
 
 
Konfransda açılış nitqi ilə çıxış edən LIQUI MOLY yağların Azərbaycanda satışını həyata  keçirən Azinterservice Co. şirkətinin baş meneceri Azər Məmmədov bildirib ki, şirkət 1995-ci ildən fəaliyyətə başlayıb. Azər Məmmədov indiyə qədər şirkət tərəfindən görülən işlərlə bağlı geniş danışıb. Şirkət rəsmisi AUDİ Azərbaycanla əməkdaşlığa başladıqlarını elan edib: " Artıq LIQUI MOLY Audi şirkətini yağlar, qatqılar və digər çoxsaylı mayelərlə təmin edir. Audi nümayəndəliyində yerləşdirilən LIQUI MOLY simvolları bu əməkdaşlığın zahiri təzahürüdür". 
 
 
 
Daha sonra tədbirdə AUDI Azərbaycan şirkətinin müdiri Fərid Aslan çıxış edib. O çıxışında qeyd edib ki, “LIQUI MOLY məhsulları AUDI-nin öz təchizatçılarından tələb etdiyi yüksək standartlara cavab verir. Belə bir partnyorla əməkdaşlıq bizim üçün çox xoşdur.". 
 
 
 
Şirkət müdiri gələcəkdə görüləcək işlərlə bağlı planlarının olduğunu da vurğulayıb: “Bu gün eksklüziv olaraq burda açıqlayıram ki, yaxın gələcəkdə Qafqazda ən böyük və möhtəşəm AUDI satış məntəqəsinin açılışını planlaşdırırıq. Həmin açılışda ilk dəfə olaraq "A8" modeli satışa çıxarılacaq". Fərid Aslan Azərbaycanın bölgələrində satış mərkəzləri açmaq istədiklərini dilə gətirib: "Ümidvaram ki, yaxın zamanda Azərbaycanın bölgələrində satış mərkəzlərimiz açılacaq". 
 
 
 
Tədbirdə daha sonra LIQUI MOLY şirkətinin Azərbaycan üzrə məsul əməkdaşı Andreas Maydelin çıxış edib. O, çıxışında bu sazişin AUDI ilə olan xüsusi münasibətləri nümayiş etdirdiyi bildirib: "Ənənəvi olaraq LIQUI MOLY-nin avtomobil istehsalçıları, xüsusən də alman şirkətləri ilə çox sıx münasibətləri olur. Almaniyada AUDI və LIQUI MOLY şirkətlərinin baş qərargahları bir-birindən təxminən iki saatlıq məsafədə yerləşir. Bu da sıx əməkdaşlığın əsas səbəblərindən biridir. Belə bir əməkdaşlıq zəruriyyəti müasir mühərriklərdə yağlara qoyulan çoxsaylı tələblərdən irəli gəlir: yağ yalnız yağlama deyil, həm də mühərrikin təmizlənməsi, korroziyadan müdafiə funksiyasını yerinə yetirməklə, geniş temperatur diapazonlarında işləməli, daxili sürtünməni azaltmalı və nəticədə əvvəlki illərə nisbətən mühərrikin yağ dəyişmə intervallarının uzadılmasına imkan yaratmalıdır. Bu səbəbdən müasir mühərrik yağları artıq sadəcə universal yağlayıcılar deyil, hər bir mühərrik üçün məxsusi olaraq özəl layihələndirilmiş maye halında olan “ehtiyat hissəsidir”. Yanlış yağ istifadəsi yanlış ehtiyat hissənin quraşdırılmasına bənzəyir. LIQUI MOLY Azərbaycanda 20 ildir ki fəaliyyət göstərir". 
 
 
 
Andreas Maydel qeyd edib ki, şirkətin bir çox rəqibləri arasında Azərbaycan kimi ölkələrə xüsusi diqqətin yetirilməməsi müşahidə olunur: "Lakin biz bu ölkədə böyük imkanları çox-çox əvvəl görmüşdük. Özəl yanaşma strategiyamız özünü doğrultdu. Hazırda LIQUI MOLY -nin Azərbaycandakı dövriyyəsi bir neçə Avropa ölkəsindən daha böyükdür. LIQUI MOLY şirkətinin daxili qanunlarına əsasən, bütün məhsullar yalnız Almaniyada istehsal olunur. Bu da öz növbəsində uğurun bir hissəsidir". Bunu qeyd etməklə Andreas Maydel əmin edib ki, Azərbaycandakı sürücülərin əldə etdikləri LIQUI MOLY yağları və qatqıları Almaniyadakı sürücülərin istifadə etdikləri məhsullarla tamamilə identik məhsullardır: "Müvəffəqiyyətin daha bir amili odur ki, LIQUI MOLY özünü yalnız yağ və qatqıların satıcısı kimi deyil, eyni zamanda fərdi sürücülərə, yağdəyişmə və servis məntəqələrinə maksimal fayda və verimlilik zəmanətçisi olaraq təqdim edir. Müvafiq olaraq LIQUI MOLY öz məhsullarının istifadə qaydası və son texnoloji yeniliklər haqqında məlumatların çatdırılması məqsədi ilə mütəxəssislər üçün çoxsaylı tədris proqramları və təlimlər təşkil edir".
 
 
 
LIQUI MOLY bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da öz məhsullarının satışını bazara birbaşa yox, müstəqil idxalçı- partnyorlar vasitəsi ilə həyata keçirir. Bakıda bu partnyor Azinterservice Co. firmasıdır. Andreas Maydel bildirib ki, bu saziş ən uğurlu əməkdaşlıq modelidir: "Biz ən yüksək keyfiyyətli yağlara və mayelərə, Azinterservice Co. isə mükəmməl bazar biliklərinə malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 618

Oxşar yazılar