Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi növbəti dəfə yerinə yetirib
09 iyun 2018 13:58 (UTC +04:00)

Azərbaycan OPEC qarşısında götürdüyü öhdəliyi növbəti dəfə yerinə yetirib

Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barel olub.
 
 
 
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 748 min barelini xam neft, 53 min barelini kondensat təşkil edib. Gündəlik 635 min barel xam neft, 53 min barel kondensat, 17,8 min barel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
 
 
 
Energetika Nazirliyi may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
 
 
 
Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min, aprel ayında isə 785,7 min  barel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib.
 
 
 
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407
avatar

APA Baycan

Oxşar yazılar