Strateji hədəflərə nail olmaq üçün bu qədər pul lazımdı  - <span style="color:red;">YENİLƏNİB
09 dekabr 2016 18:45 (UTC +04:00)

Strateji hədəflərə nail olmaq üçün bu qədər pul lazımdı - YENİLƏNİB

 

Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 27 milyard manat həcmində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. "APA-Economics" xəbər verir ki, bu barədə adıçəkilən sənəddə qeyd edilib.

 

Bildirilir ki, bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan cəmi vəsaiti əks etdirir və bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

 

- dövlət büdcəsi;

- büdcədənkənar fondlar;

- Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;

- yerli büdcələr;

- mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri;

- birbaşa xarici investisiyalar;

- ölkənin bank sisteminin kreditləri və qrantlar;

- beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımı;

- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

 

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaqdır. Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

 
**
 
17:35
 
Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin tam mətni açıqlanıb. Lent.az AzərTAc-a istinadən prezidentin 6 dekabrda imzaladığı fərmanla təsdiqlənən həmin sənədin tam mətnini təqdim edir. 
 
Mətni oxumaq üçün BURAYA klik edin. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

Oxşar yazılar