AZAL Bakıdan Dehliyə aviareyslər yerinə yetirəcək
“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu ilin iyunun 25-dən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, reysləri həftədə bir dəfə – çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
1186