Avqust ərzində Azərbaycanda dollar ucuzlaşıb, avro kəskin bahalaşıb - TƏHLİL
01 sentyabr 2015 14:23 (UTC +04:00)

Avqust ərzində Azərbaycanda dollar ucuzlaşıb, avro kəskin bahalaşıb - TƏHLİL

Son 1 ayda Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə məzənnəsi 0,12% zəifləyib.

 

"APA-Economics"in hesablamalarına görə, avqustun əvvəlində 1 ABŞ dolları 1,0493 manata dəyişdirilirdisə, ay ərzində ABŞ dolları 0,0013 manat dəyərdən düşərək 1,0480 manata satılıb.

 

Avqust ayının ilk həftəsində 1 ABŞ dollarının manata nəzərən orta məzənnəsi 1,0496, ikinci həftədə 1,0489, üçüncü həftədə 1,0486, sonuncu həftədə isə 1,0471 manata bərabər olub. Avqust ayı ərzində 1 ABŞ dollarının ən aşağı məzənnəsi 1,0466 manata, ən yüksək məzənnəsi isə 1,0499 manata bərabər olub.

 

 

Ümumiyyətlə, avqustun ilk həftəsində (3-7 avqust) 1 ABŞ dolları 0,0004 manat və ya 0,04% bahalaşıb. Başqa sözlə, həftənin əvvəlində 1,0493 manata satılan 1 ABŞ dolları həftə sonunda 1,0497 manata qədər bahalaşıb.

 

 

Ötən ayın ilk həftəsi ilə müqayisədə ikinci həftə ərzində (10-14 avqust) 1 ABŞ dollarının manata nəzərən rəsmi məzənnəsində 0,0009 manat və ya 0,09% ucuzlaşma qeydə alınıb. Yəni, həftənin əvvəlində 1,0494 manata olan 1 ABŞ dolları həftə sonunda 1,0485 manata satılıb.

 

 

Avqustun üçüncü həftəsində dolların dəyərdən düşmə prosesi davam edib. Belə ki, 17-21 avqustda dolların məzənnəsində 0,0009 manat və ya 0,9%-lik zəifləmə qeydə alınıb. Başqa sözlə, həftənin əvvəlində 1,0488 manata bərabər olan 1 ABŞ dolları 5 gün ərzində 1,0479 manata qədər ucuzlaşıb.

 

 

İki həftəlik ucuzlaşmadan sonra ötən ayın sonuncu həftəsində (24-28 avqust) dollar 0,0009 manat və ya 0,9% bahalaşıb. Yəni, avqustun 24-də 1,0470 manata satılan 1 ABŞ dollarının dəyəri 1,0479 manata qədər yüksəlib.

 

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avropanın vahid valyutası avqust ayı ərzində 0,0301 manat 2,62% bahalaşıb. Belə ki, avqustun əvvəlində 1,1488 manata satılan 1 avro ayın sonunda 1,1789 manata təklif olunub.

 

Avqust ayının ilk həftəsində 1 avronun manata nəzərən orta məzənnəsi 1,1456, ikinci həftədə 1,1602, üçüncü həftədə 1,1666, sonuncu həftədə isə 1,1964 manata bərabər olub. Avqust ayı ərzində avronun ən aşağı məzənnəsi 1,1405 manata, ən yüksək məzənnəsi isə 1,2078 manata bərabər olub.

 

 

Ümumiyyətlə, avqustun ilk həftəsində (3-7 avqust) 1 avro 0,0035 manat və ya 0,3% ucuzlaşıb. Başqa sözlə, həftənin əvvəlində 1,1488 manata satılan 1 avro həftə sonunda 1,1453 manata qədər ucuzlaşıb.

 

 

Ötən ayın ilk həftəsi ilə müqayisədə ikinci həftə ərzində (10-14 avqust) Avropanın vahid valyutasının manata nəzərən rəsmi məzənnəsində 0,0185 manat və ya 1,61% bahalaşma qeydə alınıb. Yəni, həftənin əvvəlində 1,1508 manata olan avro həftə sonunda 1,1693 manata satılıb.

 

 

Avqustun üçüncü həftəsində avronun bahalaşması davam edib. Belə ki, 17-21 avqustda avronun məzənnəsində 0,0181 manat və ya 1,56%-lik yüksəlmə qeydə alınıb. Başqa sözlə, həftənin əvvəlində 1,1633 manata bərabər olan avro 5 gün ərzində 1,1814 manata qədər bahalaşıb.

 

 

İki həftəlik bahalaşmadan sonra ötən ayın sonuncu həftəsində (24-28 avqust) avro 0,0189 manat və ya 1,56% ucuzlaşıb. Yəni, avqustun 24-də 1,1994 manata satılan avronun dəyəri 1,1805 manata qədər azalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar