Apamark maliyyə bazarı üçün yeni ikonlar təqdim edib
08 yanvar 2018 10:16 (UTC +04:00)

Apamark maliyyə bazarı üçün yeni ikonlar təqdim edib

 

Apamark şirkəti Maliyyə bazarı üçün yeni ikonlar təqdim etdi.

 

Apamark Marketinq və PR şirkəti bu dəfə Qiymətli Kağızlar bazarında öz müştərilərinə fərdi və korporativ xidmətlərini təklif edən PSG-Kapital İnvestisiya şirkətinim sifarişini icra etdi. Sifarişi əsasında Apamark şirkəti qarşı tərəf üçün yeni maliyyə ikonları hazırladı.

 

Şirkətin satış departamentinin rəhbəri Taleh Kərimovun sözlərinə görə maliyyə bazarı üzrə ikonlar hazırlamaq o qədər də asan iş deyil. Bu ikonların hazırlanmasında hər iki şirkət əməkdaşlarının böyük rolu oldu. Biz çox şadıq ki, qiymətli kağızlar bazarı ilə maraqlananlar üçün bir çox xidmət növlərini vizuallaşdırmağa çalışmışıq. Ümumilikdə tərəfimizdən sifariş əsasında 2D və 3D formatlarında 12 ikon hazırlanmışdır. İkonların üzərində olan rənglər PSG-Kapital İnvestisiya şirkətinin korporativ rəngləridir. Azərbaycan, İngilis və Rus dillərində hazırlanmış ikonlar, Apamark şirkəti tərəfindən hazırlanmış PSG-Kapital şirkətinin rəsmi internet səhifəsində də öz əksini tapmaqdadır.

 

Qeyd edək ki, Apamark şirkəti bu yaxınlarda Azərbaycan Marketinq və PR sahəsinə öz tövhəsini verərək 26 ədəd yerli marketinq ikonlarının konseptini hazırlamışdır. 

İkonlarla tanış olmaq üçün BU LİNKƏ klikləyin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382
avatar

Oxşar yazılar