<b>Aksizli malların satışı ilə  bağlı dəyişiklik – <span style="color:red;">Fərman </b>
24 dekabr 2016 13:33 (UTC +04:00)

Aksizli malların satışı ilə bağlı dəyişiklik – Fərman

0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında  fərman verib.

 

Lent.az-ın president.az-a istinadən  məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nın 3.2-ci bəndində “(pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla)” sözləri “(pərakəndə satış istisna olmaqla)” sözləri ilə əvəz edilir.

Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar