AİB Azərbaycan üzrə yeni biznes planını təsdiqlədi
30 iyul 2019 18:45 (UTC +04:00)

AİB Azərbaycan üzrə yeni biznes planını təsdiqlədi

 
 
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycan üzrə 2020-2022-ci illəri əhatə edən biznes planı təsdiq edib.
 
APA-Economics”in AİB-ə istinadən verdiyi məlumata görə, bankın ölkə üzrə yeni strategiyası Azərbaycanı dəstəkləmək məqsədilə üç strateji prioritetə xüsusi diqqət ayıracaq: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun səmərəliliyinin artırılması, eləcə də infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi.
 
Biznes plan çərçivəsində AİB Azərbaycana 2020-2022-ci illər ərzində ictimai sektorun idarə edilməsi və maliyyə sektoru ilə əlaqəli məsələlərin həlli üçün ümumilikdə 295 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını planlaşdırır. Bu dövr ərzində mümkün indikativ resurslar sayəsində suveren əməliyyatların ümumi həcmi 820 mln. dollar təşkil edə bilər.
 
Bundan başqa, bank daxili mənbələrdən maliyyələşən 5,8 mln. dollarlıq texniki dəstək göstərəcəyini də vurğulayıb.
 
Eyni zamanda indikativ proqramda 250 mln. dollarlıq kredit və 3,2 mln. dollar məbləğində 5 texniki dəstək proqramının icra ediləcəyi bildirilib və əsas hədəf olaraq dövlət sektorunun səmərəliliyinin artırılması, dövlət sektoru idarəçiliyinin dəstəklənməsi, islahatlar, vergi siyasəti və idarəçiliyin gücləndirilməsi, Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sisteminin inkişafı kimi məsələlər götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar