(R) DəmirBank daha bir filialının yeni ünvanda və tərtibatda açılış tədbirini keçirib
16 aprel 2013 16:16 (UTC +04:00)

(R) DəmirBank daha bir filialının yeni ünvanda və tərtibatda açılış tədbirini keçirib

DəmirBank bu gün, 16 aprel tarixində, Bakıda daha bir filialının yeni ünvanda və korporativ tərtibatda rəsmi açılış tədbirini keçirib.

 

Bakı şəhəri, Mikayıl Müşfiq küç., 15/17 ünvanında (N.Nərimanov heykəlindən 20 saylı məktəbə gedən yol, Space TV-nin arxası) yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

 

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

 

DəmirBank son 3 ilə yaxın müddətdə 11 filialını yeni ofislərə köçürüb və daha bir neçə filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat və geniş ofislərə köçürülməsi, vahid korporativ üslubda interyer tərtibat və təmir işləri Bankın müştəri xidmətinə verdiyi önəmi əks etdirir.

 

Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1263
avatar

Oxşar yazılar