Sahibkarların nəzərinə - layihə qəbulu başlayır
31 dekabr 2017 11:57 (UTC +04:00)

Sahibkarların nəzərinə - layihə qəbulu başlayır

            İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə   , layihələrdə startap layihələrin maliyyələşdirilməsi, ixtisaslaşdırılmış "yaşıl market"in, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulub.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar