![(R) Beynəlxalq Bank Moskva Arbitraj Məhkəməsinin qərarına münasibət bildirdi](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
(R) Beynəlxalq Bank Moskva Arbitraj Məhkəməsinin qərarına münasibət bildirdi
Azərbaycan Beynəlxalq Bankı Moskva Arbitraj Məhkəməsinin
qərarına münasibət bildirdi
Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskva Arbitraj Məhkəməsinin bankla bağlı müvafiq qərarına aydınlıq gətirib.
Xatırladaq ki, adıçəkilən məhkəmə Rusiya Sberbankının Azərbaycan Beynəlxalq Bankına qarşı müraciətini qismən təmin edərək, onun “ABB-Moskva”nın nizamnamə kapitalındakı payının bir hissəsi üzərində hər hansı əməliyyat aparmasına müvəqqəti məhdudiyyət qoyub.
Bankın açıqlamasına görə, sırf kommersiya mübahisəsi mahiyyəti daşıyan bu iddia Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Eyni zamanda, bank bu qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir.
2017-ci ilin 11 mayında Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası elan edilib. Restrukturizasiya prosesini tanıyan London məhkəməsi Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə qarşı hər hansı iddia tələblərinə qarşı moratorium qoyub. 18 iyul 2017-ci il tarixində bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar restrukturizasiya planının lehinə səs verib. Beləliklə, könüllü restrukturizasiya prosesi 1 sentyabr 2017-ci ildə uğurla başa çatdırılıb. Kreditorlar müəyyən edilmiş sənədləşmə prosedurlarını yerinə yetirərək onlara təklif edilən müvafiq maliyyə alətlərini alıblar. Rusiya Sberbankı isə restrukturizasiya planı ilə razılaşmayaraq bu istiqamətdə hüquqi hərəkətlərə başlayıb. Restrukturizasiya planına uyğun olaraq Rusiya Sberbankına 16 milyon ABŞ dolları məbləğində qiymətli kağızlar təklif edilib. Bu bankın Azərbaycan Beynəlxalq Bankına qarşı əlavə iddia tələbinin ümumi məbləği isə 5 milyon ABŞ dolları civarındadır.
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankı “ABB-Moskva”nın fəaliyyətinin dayandırılmasına qərar verib və Rusiya bazarını tərk edir.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib](https://lent.az/storage/news/2024/july/27/big/66a47511d8a3966a47511d8a3b172205390566a47511d8a3366a47511d8a36.jpg)
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
27 iyul 2024 , 08:18![Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət](https://lent.az/storage/news/2024/july/26/big/66a387f434c2766a387f434c28172199320466a387f434c2266a387f434c24.jpg)
Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət
26 iyul 2024 , 15:28![Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6](https://lent.az/storage/news/2024/july/26/big/66a357c1312a566a357c1312a6172198086566a357c1312a066a357c1312a2.jpg)
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
26 iyul 2024 , 11:58![HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi](https://lent.az/storage/news/2024/july/26/big/66a34ddb907f466a34ddb907f5172197833166a34ddb907ee66a34ddb907f1.jpg)
HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 , 11:18!["Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir](https://lent.az/storage/news/2024/july/25/big/66a24766434d366a24766434d4172191114266a24766434cf66a24766434d1.jpg)
"Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
25 iyul 2024 , 16:38![Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər](https://lent.az/storage/news/2024/july/25/big/66a2416a27e3e66a2416a27e40172190961066a2416a27e3766a2416a27e3b.jpg)
Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər
25 iyul 2024 , 16:13![Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI](https://lent.az/storage/news/2024/july/25/big/66a208511d72f66a208511d730172189499366a208511d72966a208511d72c.jpg)
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
25 iyul 2024 , 14:34![Elektron siqaretlər bahalaşır](https://lent.az/storage/news/2024/july/24/big/66a0c9637f29866a0c9637f29a172181334766a0c9637f29366a0c9637f296.jpg)