[b]Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı[/b]
18 aprel 2019 18:09 (UTC +04:00)

[b]Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı[/b]

Vergilər Nazirliyinin səlahiyyətləri artırılıb.
 
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb. 
 
Dəyişikliyə əsasən hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə vergilər naziri, onun müavinləri, Vergilər Nazirliyinin Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyi yanında departamentlərin baş direktorları, onların müavinləri, ərazi vergilər departamentlərinin (idarələrinin) baş direktorları (direktorları), onların müavinləri, rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinləri baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar