[b]Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi[/b]
01 may 2018 01:11 (UTC +04:00)

[b]Ölkəyə gətirilən bəzi materiallar gömrük rüsumundan azad edildi[/b]

Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında müvafiq dəyişiklik edib.

 

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il dekabrın 31-dək qüvvədədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar