Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, artıq həmin problem aradan qaldırılıb.
"Həmin problemin aradan qaldırılması müddəti ərzində sərhəd-keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Artıq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb. Sərhəd-keçid məntəqələrində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub.
Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.