[b]Bakıda avtomobillər ucuzlaşa bilər[/b]
30 noyabr 2017 22:31 (UTC +04:00)

[b]Bakıda avtomobillər ucuzlaşa bilər[/b]

0

Oktyabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də “online” avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub.

 

Bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.

 

V.Hüseynovun sözlərinə görə, bazarda təklif artıb, aktivlik isə aşağı düşüb.

 

Ekspert bildirib ki, buna baxmayaraq ay ərzində maşın bazarında qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb:

 

“Maşın bazarında qiymətləri əsasən avtomobil alqı-satqısı ilə məşğul olanlar tənzimləyir. Aktivlik olanda avtomobil baha satılmır. Hazırda qiymətlər ciddi dəyişməyib”.

 

Ekspert hesab edir ki, dekabr ayında qiymətlərdə 10 faizə qədər azalma ehtimalı var.

 

O qeyd edib ki, avtomobil satanlar bayram ərəfəsində bir az ucuz da olsa, avtomobilini satmağa çalışacaq və bu baxımdan da qiymətdə azalma müşahidə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar