“Neftin qiyməti müəyyən kabinetlərdən asılıdır” - <span style="color:red;">Millət vəkili
18 noyabr 2016 10:35 (UTC +04:00)

“Neftin qiyməti müəyyən kabinetlərdən asılıdır” - Millət vəkili

Ötən il milli valyutamızı qorumaq üçün 11 mlrd. vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki, biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik.

 

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.

 

“Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək. Düşünürəm ki, Mərkəzi bank hal-hazırda düzgün siyasət aparır”, - dey V.Əhmədov bildirib.

 

Neftin qiymətinə toxunan millət vəkili bildirib ki, o, qiymətin birjalardan asılı olması barədə fikirlərlə razılaşmır: “Son hadisələr göstərdi ki, neftin qiyməti müəyyən kabinetlərdən asılıdır”.

 

V.Əhmədov ölkədə sahibkarlığın inkişafı və rayonlara dotasiya verilməsi məsələsindən də danışıb. “Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya vermirik. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır”, - deyə V.Əhmədov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

APA Baycan

Oxşar yazılar