5 Oktyabr Müəllimlər günü münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni
kredit kampaniyası elan edib. Bankın əmək haqqı kartına malik hər bir təhsil işçisi
kampaniya müddətində nağd pul kreditini endirimli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 20.000 manatadək
• Kreditin müddəti - 48 ayadək
• İllik faiz dərəcəsi – 18%-dən başlayaraq
• Kredit 15000 manata qədər olduqda – ZAMİNSİZ
• Komissiyasız
Kampaniya 03-10 oktyabr tarixlərində keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə
göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın IBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.